Türkiyəli mütəxəssislər “ARB Günəş”in qonağı olub

05 Dekabr 2018 16:38

Türkiyənin İbn Haldun və Sakarya universitetinin uşaq psixologiyası üzrə mütəxəssisləri Azərbaycanın ilk uşaq kanalı – “ARB Günəş”in qonağı olub. Kollektivlə keçirilən görüşdə uşaq psixologiyası,  azyaşlıların zəkasının formalaşması və onların cəmiyyətə uyğunlaşması ilə bağlı müzakirələr aparılıb.  Bildirilib ki, uşaqlarla bağlı verilişlərdə yaş qruplarının qeyd olunması vacibdir. Bununla yanaşı efirdə şiddət və qorxu aşılayan cizgi filmləri yayımlanmamalıdır. 

Qonaqlar “ARB Günəş”də hazırlanan proqramlar və dublyaj studiyasında səsləndirilən cizgi filmləri ilə tanış olub.  Türkiyəli mütəxəssislər televiziyanın  “Biz gələcəyik” verilişində iştirak edib.