Xaçmazda “Açıq əyləncəli futbol məktəbi” layihəsinə 150 uşaq və yeniyetmə qatılıb- Video

05 Dekabr 2018 17:08

 “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə növbəti kütləvi idman tədbiri Xaçmaz Olimpiya İdman Kompleksində keçirilib. Tədbirdə 150 uşaq və yeniyetmə iştirak edib. Təlim-məşqlər xüsusi hazırlıq kursu keçən məşqçi-müəllimlər tərəfindən aparılıb. Uşaqlara, həmçinin müxtəlif idman geyimləri, idman ləvazimatları, futbol topları hədiyyə edilib. Layihənin əsas məqsədi münaqişələrin olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman növləri ilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq futbolunun inkişaf etdirilməsinə dəstək olmaqdır.

 “Açıq əyləncəli futbol məktəbi” layihəsi Xaçmazda ardıcıl 2-ci ildir icra olunur. Azərbaycanda 2004-cü ildən  keçirilən layihə dünyada da geniş yayılıb. Silsilə tədbirlərə 14 il ərzində ölkədə 26 mindən çox uşaq və yeniyetmə cəlb olunub.