Xaçmazda istedadlı şagirdlər üçün təmayül siniflər yaradılıb- Video

06 Dekabr 2018 15:59

İstedadlı şagirdlər üçün daha yaxşı təhsil mühitinin yaradılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Xaçmazın 2 ümumtəhsil məktəbində xüsusi siniflər yaradılıb. Bu siniflərdə tədrisi həyata keçirən müəllimlər diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, eləcə də müvafiq təlimlərdə iştirak edənlər arasından seçilib.

Riyaziyyat-informatika və təbiət fənləri təmayüllü xüsusi  siniflərdə dərslər Təhsil Nazirliyi tərəfindən təstiq edilən  proqram əsasında aparılır. Bu siniflərə şagirdlər fənn olimpiyadaları və müsabiqələrdə  göstərdikləri nəticələrə əsasən seçilir. Məktəblilərin qəbulu 7-ci sinifdən aparılır.

Hazırda Xaçmazda 50-ə yaxın məktəbli xüsusi istedadlılar üçün yaradılan siniflərdə təhsil alır. Yeni dərs ilində pilot layihə olaraq yaradılan siniflər Xaçmazla yanaşı daha 16 rayonda təşkil edilib.