Xudatda yaşayış evi partladı: 2 yaralı- Video

07 Dekabr 2018 16:19

Partlayış  nəticəsində evdə olan 2 nəfər xəsarət alıb. Onlar dərhal Xaçmaz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.  Xəsarət alan 56 yaşlı Qətibə Teymurovaya boyun nahiyyəsinin orta səthinin yanığı, 43 yaşlı David Əlimuradova isə bütün bədənin alov yanığı, şok diaqnozu qoyulub. Vəziyyəti ağır olan David Əlimuradov paytaxt xəstəxanalarından birinə yola salınıb. Qətibə Teymurova isə ambulator yardımdan sonra evə buraxılıb.

Hadisəyə səbəb qaz sızması göstərilir. Partlayışın gücü  böyük olduğundan 2 mərtəbəli yaşayış evinə və qonşuluqdakı  mənzillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.