“Azərxalça” ASC-nin Quba filialında bir il 130 xalça toxunub- Video

07 Dekabr 2018 16:33

“Azərxalça” ASC-nin Quba filialının fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində filialda  130 ədəd , başqa sözlə 365 kv.metr xalça toxunub. Hazırda müəssisədə 90 işçi fəaliyyət göstərir. Emalatxanada yaşlı toxucularla yanaşı, xalçaçılıq sənətinin sirlərini öyrənən gənclər də çalışır.

Müəssisənin 1 yaşı münasibəti ilə təşkil edilən tədbirdə bildirilib ki, Quba həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici dövlətin muzeylərində və satış salonlarında nümayiş etdirilir.

Sonda peşəkarlığı ilə fərqlənən toxuculara fəxri fərmanlar təqdim olunub.