Üzvi gübrələrin qiymətində artım var- Video

07 Dekabr 2018 16:45

Bağlarda aqrotexniki qulluq zamanı təsərrüfatçılar daha çox mineral gübrələrə üstünlük verir. Səbəb, üzvi gübrənin qiymətinin əlçatmaz olmasıdır. Üzvi gübrələrə tələbat olsa da yaranan qıtlıq qiymət artımını qaçılmaz edib.

Üzvi gübrələrin qiyməti yük maşınlarının tutumundan asılı olaraq 170-350 manat arasında dəyişir. Ötən illə müqayisədə bahalaşma var.

Mütəxəssislər bildirir ki, üzvi gübrələr bitkilərdə məhsuldarlığın artmasına səbəb olur. Amma qıtlığ və bahalaşma səbəbindən təsərrüfatçıların çoxu mineral gübrələrlə kifayətlənir.

Ötən il üzvi gübrələrin qiyməti 150-270 manat arasında dəyişib.