Siqaret tüstüsü azyaşlılarda bir sıra xəstəliklər yaradır- Video

08 Dekabr 2018 14:06

Dünyada azyaşlıların təxminən 40 faizi hər gün tütün tüstüsünün təsirinə məruz qalır. Siqaretin tərkibindəki mindən artıq zərərli maddə uşaqlarda müxtəlif xəsətliklərin yaranmasına səbəb olur.

Kiçik yaşlarından ailə üzvləri,  sonra ətrafındakı şəxslərin siqaret çəkdiyini görən yeniyetmələr zərərli vərdişin alüdəçisinə daha tez  çevrilir. Psixoloqlar bunun qarışını almaq üçün valideyinlərə övladları ilə dost olmağı və onların siqaret çəkdiyini öyrəndiyi halda  sakit reaksiya verməyi məsləhət görür.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə təhsil, tərbiyə, səhiyyə, mədəniyyət eləcə də ictimai iaşə müəssisələrində, qapalı məkanlarda siqaret çəkmək qadağan edilir. İnzibati Xətalar Məcəlləsinə əsasən qadağan edilən yerlərdə tütün məmulatlarının istifadə edənlər 30 manat cərimə olunur.