Bu il Xaçmazda 10 binanın dam örtüyü dəyişdirilib- Video

08 Dekabr 2018 14:15

Xaçmaz şəhərində bu il ərzində 10 ümumyaşayış binasının dam örtüyü dəyişdirilib.  Bina sakinlərini müraciətləri əsasında aparılan işlər nəticəsində köhnə örtük tamamilə sökülərək yenisi ilə əvəzələnib.

Xaçmaz Mənzil İstismar Sahəsinin balansında olan bəzi binaların qarşısında  ağaclar  və güllər əkilib. Ərazidə olan məişət tullantılarının toplanılması üçün yeni işçi qrupu yaradılıb.  Həmçinin əraziyə yeni zibil qutuları qoyulub.

Şəhərin Səid Qurbanov və Qələbə küçəsində 2 , Dağıstan  küçəsində 5,  eləcə də Heydər Əliyev prospektində 1  binada təmir işləri  aparılıb.