Orta təhsilini başa vura bilməyənlər imtahan verəcək- Video

10 Dekabr 2018 15:55

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlərə eksternat qaydasında imtahanlar keçiriləcək. İlkin mərhələsi dekabrda baş tutacaq imtahanlara sənəd qəbuluna start verilib. Qeydiyyat dekabrın 22-dək davam edəcək. İlk imtahan rayon və şəhərlər üzrə təhsil şöbələrində, eksternatların təhsil aldığı fənnlər üzrə keçiriləcək. Bu imtahanlardan uğur qazananlar  mart və iyul aylarında keçiriləcək növbəti mərhələlərdə iştirak edəcək.

Eksternat imtahanlarında uğur qazanan şəxslər tam orta təhsil haqqında attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.