Yeni il öncəsi Şimal regionunda hotellərin yarıdan çoxu bron edilib- Video

10 Dekabr 2018 16:17

Otellərə müraciət edənlər arasında yerli turistlərlə yanaşı əcnəbilərdə üstünlük təşkil edir. Əsasən ərəb ölkələrindən edilən müraciətlər daha çoxdur. Qiymətlər xidmət səviyyəsinə görə dəyişir. İstirahət mərkəzlərinin əksəriyyəti yeni ilə  müxtəlif şou proqramlar hazırlayıb. Quba turizm informasiya mərkəzindən də yeni il üçün müraciətlərin artdığını bildirirlər. Mərkəz qonaqlara tələsməyi məsləhət görür. Mütəxəssislər isə Yeni il günü qar yağacağı təqdirdə turistlərin 2 dəfədən çox artacağını deyirlər.