Xaçmazda məktəblilər arasında voleybol yarışına 9 komanda qatılıb- Video

11 Dekabr 2018 16:04

Voleybol üzrə məktəblilərin respublika çempionatının zona mərhələsi Xaçmaz Olimpiya İdman Kompleksində keçirilir. 100 dən çox məktəblinin qatıldığı turnirdə 7-8 və 9-cu sinif şagirdlərindən ibarət 9 komanda mübarizə aparır. Turnir Gənclər və İdman, Təhsil Nazirlikləri, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Turnirdə ilk iki yeri tutan komandalar məktəblilərin respublika çempionatının finalına vəsiqə qazanacaq. Finalda qalib gələn komanda voleybol üzrə məktəblilərin dünya çempionatında qüvvəsini sınayacaq.