Şimal regionunda Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimləri keçirilib-Video

12 Dekabr 2018 16:37

Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Xaçmazda izdihamlı anım mərasimi keçirilib. Rayon sakinləri axın-axın Heydər Əliyev adına parka gəlib, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Mərasimdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər.

Qubada da Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində böyük izdiham yaşanıb. Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi qarşısında yüzlərlə rayon sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər. Anım günü ilə əlaqədar Quba “ASAN xidmət” mərkəzinin kinoklubunda Ulu Öndərə həsr olunan film nümayiş etdirilib.

Şabranlılar da dahi şəxsiyyətin xatirəsini yad edib. Minlərlə rayon sakini Ulu Öndərin abidəsini ziyarət edərək, ona olan ehtiramını bildirib.

Qusarda Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-cü ildönümü münasibətilə anım mərasimi təşkil olunub. Rayon sakinləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər. Anım mərasimində çıxış edənlər bildirib ki, Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub.