Qaz sızması nədən baş verir?- Video

13 Dekabr 2018 15:41

Havaların soyuması mavi yanacağa olan tələbatı  artırıb. Bəzi evlərdə hələ də standart sobalardan istifadə edilir. Hətta səhərə qədər qazı yanıq qoyanlar da var. Mütəxəssislər bir çox hallarda istər propan qaz balonlarını, istərsə də təbii qaz xəttlərinin çəkilməsində qaydalara əməl edilmədiyini deyirlər. Təbii qazla yanaşı propan qaz balonlarından istifadə edənlər də az deyil. İstifadə müddəti ötən bu avadanlıqlarda da qaz sızması baş verir.  Həmçinin quraşdırlmasında aparılan cüzi səhv partlama riskini daha da artırır. Həmçinin evlərdə havalandırma sistemlərinin və bacaların olmaması qaz sızması zamanı təhlükənin miqyasını artıran amillərdəndir.