Mülayim hava qrip viruslarının yayılmasını sürətləndirir- Video

13 Dekabr 2018 16:37

Soyuq dekabr ayına baxmayaraq bəzi dağlıq ərazilər istisna olmaqla ölkə ərazisində qar yağması və şaxta müşahidə edilmir. Soyuq iqlmi ilə fərlənən Şimal regionunda da hava günəşlidir. Havanın dəyişkən keçməsi, temperaturun qış fəslinə uyğun olmaması respirator virusların aktivləşməsinə səbəb olur. Nəticədə yuxarı tənəffüs yollarının xəstəlikləri yaranır. Həkimlər qrip epidemiyalarının  bağça və məktəblərdə, kollektivlərdə daha tez yayıldığını bildirir. Xəstəliklərdən qorunmaq üçün profilaktik tədbirlərin görülməsi, virusların yayılmasının qarşısının alınması üçün otaqların mütəmadi  havalandırılması lazımdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qarşıdakı 3 gündə ölkə ərazisində hava əsasən yağmursuz keçəcək,bəzi yerlərdə yağış yağacaq. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.