Qubada dini mövzuda zona müşavirəsi keçirilib-Video

13 Dekabr 2018 17:13

“Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda keçirilən zona müşavirəsində bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulub. Etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi həyata keçirilmədikdə və ya düzgün aparılmadıqda cəmiyyətin inkişafının ayrı-ayrı sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Bu səbəbdən etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən Azərbaycan  bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb.

Müşavirədə vurğulanıb ki, Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlət dini etiqad azadlığının təmin olunması sahəsində işlər görür. Müşavirədə dövlət-din münasibətləri istiqamətində görülən işlərdən danışılıb, Azərbaycanda mövcud olan etno-siyasi və dini durumun dünyaya nümunə olduğu bildirilib.