Xaçmazda 170 arıçıya subsidiya veriləcək- Video

14 Dekabr 2018 15:41

Xaçmazda arıçılara subsidiya verilməsi üçün ilkin mərhələ yekunlaşmaq üzrədir.   Ötən müddət ərzində rayondakı 66 təsərrüfatda 3080 arı ailəsi qeydiyyata alınıb. Fermerlərə ödəniləcək subsidiyaların məbləğini müəyyənləşdirmək məqsədilə arı ailəsinin saxlandığı pətəyin üzərinə nömrə nişanları vurularaq onların qeydiyyatı aparılır.

Arıçılara saxladıqları hər arı ailəsinə görə ildə 10 manat məbləğində subsidiya verilir. Qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədə olacaq.

İlin sonuna kimi rayondakı 170 arıçıya ümumilikdə 5600 arı ailəsinə görə subsidiya veriləcək.