Tingçilik sahəsində innovativ metodlar tətbiq olunur- Video

14 Dekabr 2018 16:08

Qubada “Yeni intensiv bağların salınmasında innovativ metodlarla alınmış tinglərdən istifadə olunması və tingçiliyin elmi əsaslarla inkişafı” mövzusunda regional müşavirə keçirilib.  Tədbirdə “Yeni innovativ metodlarla ting istehsalı” , “Mikroklonal çoxaltma üsulu ilə meyvə calaqaltılarının çoxaldılması” , “Modern tingyetişdirmə texnologiyası” mövzuları ətrafında müzakirələr aparılıb.

İqtisadiyyatın ən gəlirli sahələrindən olan kənd təssərüfatında əsas çətinliklərdən biri də meyvə tinglərinin xaricdən gətirilməsi və sonradan yerli iqlimə uyğunlaşmayaraq məhv olmasıdır. Hazırda ölkənin tingə olan tələbatı daxili istehsal hesabına  ödəmək üçün lazımi şərait yaradılıb. Əsas məsələ modern tingyetişdirmə texnologiyasını tətbiq etməklə ölkənin tingə olan tələbatını ödəməkdir.

Çıxış edənlər ölkədə  tingə olan təlabatın yerli istehsal hesabına ödənilməsinin vacibliyini diqqətə çatdırıb. Müşavirədə iştirak edən fermerlərlə qarşılaşdıqları problemlər haqqında fikir mübadiləsi aparılıb. Qonaqlar Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu ilə tanış olub.