Siyəzəndə şəhid pilot Feyruz Cəlilova həsr olunan “Sonuncu uçuş” filminin təqdimatı keçirilib- Video

15 Dekabr 2018 15:27

Siyəzəndə Qarabağ müharibəsi şəhidi, Azərbaycanın ilk hərbi pilotlarından biri Feyruz Cəlilovun döyüş yolundan bəhs edən “Sonunc uçuş” filmi təqdim olunub. Qəhrəman pilotun ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri və arxiv sənədləri əsasında hazırlanan filmdə 34 yaşında şəhid olan Feyruz Cəlilovun şərəfli ömür və döyüş yolu əks olunub. 

Feyruz Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərib. 1993-cü il avqustun 30-da onun idarə etdiyi helikopter Qubadlı səmasında ermənilər tərəfindən vurulması uçuş heyətinin həlak olması ilə nəticələnib.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Feyruz Cəlilovun doğulub boya-başa çatdığı Məşrif kəndindəki tam orta məktəb onun adını daşıyır.