Xaçmazda stolüstü-tennis üzrə yeniyetmələrin ölkə birinciliyinə start verilib-Video

15 Dekabr 2018 15:33

Stolüstü tennis üzrə ölkə birinciliyinin finalı Xaçmaz Olimpiya İdman Kompleksində keçirilir. Yarışda 14 və daha aşağı yaş qrupunda oğlan və qızlar mübarizə aparır. İki gün davam edəcək turnirə Şəki və Mingəçevir zona birinciliklərində qalib gələn 10 komanda qatılıb. Qalib adı uğrunda 80 idmançı qüvvəsini sınayacaq.

Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplom təltif ediləcək.