Avtomobili qış fəslinə vaxtında hazırlamaq qəzaların qarşısını alır- Video

17 Dekabr 2018 16:49

Avtomobillərə qış fəslində düzgün texniki xidmət göstərilməsi yolda yarana biləcək problemlərin qarşısını almaqda əsas şərtdir. Ustalar da soyuq aylar başlayandan təmir sexlərinə müraciətlərin artıdığını bildirir. Əyləc sistemindəki nasazlıqlar , avtomobillərin qızdırılması zamanı yaranan problemlərə daha çox rast gəlinir.

Qış fəsli ərəfəsində avtomobil ehtiyat hissələrinin satışında da canlanma var. Bazarda ehtiyat hissələrinin qiyməti keyfiyyətə görə dəyişir. Almaniyadan gətirilən məhsullara tələbat yüksəkdir.

Mütəxəssislər sürücülərə avtomobillərini sərt şaxtalar düşənə kimi texniki baxışdan keçirməyi tövsiyyə edir. Əks halda  etibar etdiyiniz nəqliyyat vasitəniz sizi yarı yolda qoya bilər.