“Yalama Aqropark”da süd emalı zavodu inşa olunacaq- Video

17 Dekabr 2018 17:07

Xaçmazın Yalama qəsəbəsində yerləşən ölkənin ilk Aqroparkında əsas inkişaf heyvandarlıq sahəsindədir. İki il öncə müəssisədəki heyvan sayı min yüz idisə hazırda bu rəqəm 2800-ə yaxındır. Avstriya və Almaniyadan gətirilən  inəklər həm südülük, həm də ətlik istiqamətində yüksək məhsuldarlığa malikdir.

Yeni il üçün əsas hədəflərdən biri Aqroparkın ərazisində süd emalı müəssəsinin fəaliyyətə başalamasına nail olmaqıdır.

Süd istehsalı sahəsində də böyük irəliləyiş əldə edilib. Hazırda Aqroparkda gündəlik 19 ton süd istehsal olunur.