Mişar daşının qiyməti artdı- Video

18 Dekabr 2018 16:32

Bir müddət öncə 0.35-0.42 qəpik arasında təklif edilən mişar daşının qiyməti hazırda 0.45-0.55 qəpik arasında təklif edilir. Bazarda da satan çox olsada alıcı qıtlığı yaşanır. 

Tikinti bazarında qiymətlərin bahalaşması satıcılarla yanaşı alıcıları da narahat edir. Ucuzlaşmanın olacağını ehtimal edən bəziləri hətta tikintisini yarımçıq qoyub. 


Mütəxəssislər qiymətlərdəki bahalaşmanı aidiyyatı qurumların daş karxanalarına nəzarəti ciddi şəkildə artırması ilə əlaqələndirirlər. Qaydalara uyğun işləyən karxanaların xərcləri çox olduğundan bahalaşma qaçılmaz olur. Tikinti materiallarının bahalaşması isə ev- alqı satqısında da qiymətlərə təsirsiz ötüşməyib.


Mütəxəssislər yaz və yay dövründə tikinti bazarında qiymətlərin daha yüksək ola biləcəyini proqnozlaşdırırlar.