Bu il Xaçmazda 2 minə yaxın şəxsin nikahqabağı müayinəsi aparılıb- Video

19 Dekabr 2018 16:43

Bu il Xaçmazda  1807 nəfər nikaha daxil olmaq istəyən şəxs tibbi müayinədən keçib. Müraciət edən vətəndaşlardan  53-nün talassemiya daşıyıcısı olduğu aşkar edilib.  Nikaha daxil olan şəxslərdə hər ikisi talasemiya daşıyıcısıdırsa, onların dünyaya gələn övladları daşıyıcı yox,  birbaşa talassemiya xəstəsi kimi doğulur.

Müayinələr zamanı 1 nəfərdə QİÇS, 2 nəfərdə isə siflis aşkarlanıb.  Hepatit virusları, QİÇS və siflis xəstəliyi aşkarlanan xəstələrin evlənməyi təhlükəli hesab olunur. Lakin hakimlər belə zamanlarda nikaha tam qadağa qoya bilmir.Hər iki tərəflə maarifləndirici söhbətlər aparılır və yekun qərara gəlinir. Sözügedən xəstəliklərin daşıyıcıları nəyinki tərəf müqavilinə hətta övladlarına belə bu sindiromları keçirə bilir.

Vətəndaşların tibbi müayinəsi, onların  müraciəti ilə yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərə onların müayinəsinin nəticəsi ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir.