Yeni il öncəsi bazarlarda alıcı azlığı yaşanır- Video

19 Dekabr 2018 17:03

Artıq Yeni ilin gəlməsinə sayılı günlər qalır. Lakin bazarlarda alıcı qıtlığı yaşanır. Satıcılar qiymətlərin 1 ay öncə ilə  eyni olduğunu bildirsələr də müştəri sayı azdır.

Balıq bazarında da alıcı qıtlığı müşahidə edilir. Satış olmadığından qiymətləri müəyyən qədər endirən satıcılar bayrama yaxınlaşdıqca müştəri sayının artacağına ümid edir.

Elə satıcılar da bazardakı müştəri azlığını böyük marketlərinin sayının artmasında görürlər. Qiymətlər arasında böyük fərqin olmaması istehlakçıları bazardan deyil, marketlərdən alış-veriş etmələri ilə nəticələnir.

Ekspertlər bayrama görə, marketlərin xüsusi endirim kampaniyaları keçirməsini bazarlardakı alıcı qıtlığına səbəb olan əsas amillər sırasında görür.