Şabran məktəblərinin kompüterlə təminatı aşağı səviyyədədir- Video

20 Dekabr 2018 15:59

173 şagirdin təhsil aldığı Şabranın Şahnəzərli kənd tam orta məktəbində cəmi 3 kompüter işləyir. Bu cihazlar məktəbə 4 il öncə verilib. Hazırda şagirdlər kompüterlərin çoxundan istifadə edə bilmir.

9 min 5 yüz 67 şagirdin təhsil aldığı Şabran məktəblərində cəmi 740 kompüter var. Hazırda onların da müəyyən hissəsi işlək vəziyyətdə deyil. Şabran Rayon Təhsil Şöbəsi məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verib.

Məkətəblər kompüter çatışmazlığı Şabranla yanaşı Şimal bölgəsinin digər rayonlarında da var. Müasir informasiya resurslarından tam yararlanmamaq, informatika fənnini yalnız nəzəri öyrənmək şagirdlərə çətinlik yaradır. Bu isə günün tələbi sayılan kompüterləşmədən kənarda qalmaq deməkdir.