Qubada məktəbələrə 200-dən çox parta verilib- Video

20 Dekabr 2018 16:01

Qubada ehtiyacı olan təhsil müəssisələri məktəb partaları ilə təmin edilib. 6 məktəbə ümumilikdə 100 parta verilib.

Bu il rayonda ümumilikdə 400-dən yuxarı şagirdin təhsil aldığı 7 məktəb Rayon İcra Hakimiyyəti tərəfindən 204 parta ilə təmin edilib.

Qubada 135 təhsil müəssisəsi fəaliyyət göstərir. Son illər istismar müddətini başa vuran köhnə məktəblər yeniləri ilə əvəz olunur. Rayoda 8 modul tipli təhsil müəssisəsinin tikintisinə başlanılıb. Onlardan 2-si şagirdlərin istifadəsinə verilib. 6 məktəbdə isə son tamamlama işləri gedir.