Qubada şair Ramiz Qusarçaylının 60 illik yubileyi keçirilib- Video

21 Dekabr 2018 16:59

Azərbaycan Yazıçılar Birliyinin üzvü və  Quba bölməsinin sədri, şair-puplisist Ramiz Qusarçaylının 60 illik yubileyi qeyd olunub. Qubada keçirilən  tədbirdə şairin yaradıcılığından söz danışlıb. Bildirilib ki,  Ramiz Qusarçaylı yaradıcılığında vətənpərvərlik, təbiətin ən gözəl şəkildə tərənnümü, eləcə də məhəbbət mövzuları xüsusi yer tutur. Şair  “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, ”Almalı kitab”, “Bir çiçək axşamı”, “Nə gözəldi yolun, Allah”, kitablarının , “Ay işığı” adlı beş almanaxın müəllifidir.

Qubanın Çartəpə kəndində doğulan şairin şeirləri ingilis, rus, fars, ukrayna dillərinə tərcümə edilib.  Kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunub.

Prezident təqaüdçüsü, yüzlərlə sevilən şeirin müəllifi  Ramiz Qusarçaylıya həsr olunan yubiley tədbiri şairin əsərlərinin ifası ilə davam edib.