Xaçmazda nakam şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi qeyd edilib- Video

21 Dekabr 2018 17:14

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı, nakam şair  Mikayıl Müşfiqin xatirəsi Xaçmazda anılıb. Tədbirdə Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışılıb, şairin ədəbiyyatda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açılıb. Bildirilib ki, görkəmli poeziya ustasının yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Sonda incəsənət ustalarının ifasında şairin şeirləri və şeirlərinə bəstələnən mahnılar ifa olunub.