Yeni il ərəfəsində kənd evlərində qiymətlər dəyişibmi?

21 Dekabr 2018 17:34

Yeni ili fərqli qarşılamaq istəyənlər arasında bölgələrə üz tutanlar da var. Bölgə hotellərindəki bayram qiymətləri isə əl yandırır. Bayram şənliyi, gecələmə, əyləncə və yemək üçün 500 manatla 1500 manat arasında pul xərcləmək lazımdır. Yox əgər hoteldə deyil, kənd evində istirahət etmək istəyirsizsə qiymətlər 15-20 manatdan başlayır. Bayramla əlaqədar qiymətlərin 2 dəfədən çox bahalaşdığı deyilən hotellərdə yerlərin 90%-dən çoxu bronlaşdırılıb.