Qubada şair Ramiz Qusarçaylının 60 illik yubileyi keçirilib- Video

21 Dekabr 2018 17:00

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-puplisist Ramiz Qusarçaylının 60 illik yubileyi qeyd olunub. Qubada keçirilən  tədbirdə şairin yaradıcılığından  danışılıb. Bildirilib ki,  Ramiz Qusarçaylı yaradıcılığında vətənpərvərlik, təbiətin ən gözəl şəkildə tərənnümü, eləcə də məhəbbət mövzuları xüsusi yer tutur.

Şair Ramiz Qusarçaylı  “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, ”Almalı kitab”, “Bir çiçək axşamı”, “Nə gözəldi yolun, Allah”, kitablarının , “Ay işığı” adlı beş almanaxın müəllifidir.

Qubanın Çartəpə kəndində doğulan şairin şeirləri ingilis, rus, fars, ukrayna dillərinə tərcümə edilib.  Kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunub.