Xaçmazda fındıq bağlarının sahəsini 10 min hektara çatdırılacaq- Video

22 Dekabr 2018 14:47

Son 3 ildə Xaçmazda fındıq bağlarının sahəsi iki dəfə artırılaraq 9 min hektarı keçib. Təsərrüfatçılar əkin prosesini davam etdirirlər. Payız mövsümündə 700 hektara yaxın fındıq bağı salınıb. Xaçmazda  6 min hektar fındıq bağı var verir. İxrac potensialı yüksək olan məhsulun yetişdirildiyi bağların ümumi sahəsinin 10 min hektara çatdırılması nəzərdə tutulub.

Ötən il rayonda bar verən 6 min hektar fındıq bağından 6500 ton məhsul toplanıb. Qusar fındıq əkininə görə şimal bölgəsində ikinci yerdədir. Bu rayonda 6 min 139 hektar fındıq bağları mövcuddur. Qubada fındıq bağlarının sahəsi 2140, Şabranda isə 1200 hektardır.