Yol polisi Xaçmaz məktəblərində maarifləndirici görüşlər keçirib- Video

24 Dekabr 2018 16:06

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşları tərəfindən Xaçmaz rayonunun IV şöbə yaşayış məntəqəsində məktəblilərlə görüşüb.  Əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etməkdir. Məktəblilərə yol nişanları haqqında məlumat verilib, yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışılıb.

Xaçmazın Qusarçay kənd tam orta məktəbində keçirilən görüşdə də “Yol hərəkəti haqqında” Qanunun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Dövlət yol polisinin əməkdaşları uşaqları maraqlandıran suallara cavab verib, onları yollarda diqqətli olmağa səsləyiblər. Tədris ocaqlarında keçirilən maariflədirici görüşlər davam etdiriləcək.