Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 114-ə çatdırılıb- Video

24 Dekabr 2018 16:10

Xaçmazın Hacıəlibəy kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. 473 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 min 736 metr polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 114-ə çatdırılıb.

Hazırda rayon üzrə 36 min-dən çox abonent mavi yanacaqdan istifadə edir.