Qubada üçəm anadan olub- Video

25 Dekabr 2018 17:03
Qubanın Alpan kənd sakini Şəbnəm Əkbərova üçəm dünyaya gətirib. Körpələrdən 2-si qız,  1-i isə oğlandır. Üçəmlər hamiləliyin 30-cu həftəsində doğulub. Qubada son 10 ildə ilk dəfədir üçəm doğulur. Körpələr təbii hamiləlik və doğuşla dünyaya gəlib. Bu Şəbnəm Əkbərovanın  ilk hamiləliyi olub. Yeni doğulan körpələr 20 günə yaxındır ki, küvəzdə saxlanılır. Hazırda gənc ananın  və uşaqların vəziyyəti kafidir. Üçəmlər bir həftə sonra evə buraxılacaq.