Yeni il bayramı öncəsi bazarlarda ev quşlarına tələbat artıb- Video

26 Dekabr 2018 14:39

Satıcılar hind toyuğunun qiymətinin ötən ilə nisbətən 15-20 faiz ucuz olduğunu bildirirlər. Buna baxmayaraq bazarlarda alıcı qıtlığı yaşanır. Təsərrüfat sahibləri də qiymət ucuz olduğundan alverçilərə hind toyuğunu satmırlar. Bazarlarda 35 manata təklif edilən toyuq təsərrüfatçılardan 20-25 manata alınır.Saxlanmasına xeyli xərc çəkən təsərrüfatçılar qiymətinin bahalaşacağına ümid edir. Satıcılar bayrama 1-2 gün qalmış alıcı sayının artacağına ümid edirlər. Qiymətlərin bahalaşmasına da yalnız alıcılıq qabiliyyətinin artması səbəb ola bilər deyirlər.