Ləzgi mantısı necə bişirilir?- Video

26 Dekabr 2018 17:30
Ləzgi mantısı digər milli mətbəxlərə aid mantılardan tərkibində qozun olması ilə fərqlənir. Bu da yeməyi daha kalorili edir. Ləzgi mantısı qış fəslində Qusarın restoranlarında ən çox sifariş verilən yeməklər sırasındadır. Daha çox xarici turistlər tərəfindən sevilən təam  ləzgi mətbəxinin ən qədim yeməklərindən biridir. Ləzgi mantısını hazırlamaq üçün mayalanmış xəmirdən lavaşlar yayılır. Sonra həmin lavaşlar yağlanaraq, üzərinə qozdan hazırlanmış içlik tökülür. Lavaşlar dairəvi formada büküldükdən sonra kiçik hissələrə bölünürək buxarda bişirilir.
Yağlanmış xəmirin içərisində buxarda bişirilən qozlu qarışıq yeməyə xüsusi dad verir. Ləzgi mantısı qovrulmuş ət və sarımsaqlı qatıqla yeyilir. Bu, zövqə görə toyuq, qoyun və ya mal əti ola bilər.