Şimal regionu Yeni ilin gəlişinə hazırdır- Video

27 Dekabr 2018 16:17

Xaçmazda     Yeni ilin gəlişi ilə əlaqədar hazırlıqlara başlanılıb. Şəhərdə ən böyük yolka Fəvvarələr bağında quraşdırılıb. Qubada Yeni il yolkası mərkəzi meydanında bəzədilib.  Parklarda və  istirahət mərkəzlərində  də bayram abu - havası hiss olunur.

Bayram günlərində  ən çox turist qəbul edən bölgələrdən sayılan Qusar da  bayrama tam hazırdır. Şəhərin Mahmud Əbilov adına mərkəzi meydanında Yeni il küknarı quraşdırılıb. Dekabrın 29-dək Qusar Mədəniyyət Sarayının səhnəsində, 29-u isə rayonun mərkəzi meydanında balacaları sevindirəcək “Qış nağılı”  tamaşası və konsert proqramı təqdim olunacaq.

Bölgədə fəaliyyət göstərən mədəniyyət müəssisələri, muzeylər, kinoteatrlar tətil günlərində də əhaliyə xidmət göstərəcək.