Xaçmazda 2 mindən çox sakinin istifadə edəcəyi yolun açılışı olub- Video

28 Dekabr 2018 16:01

Əsaslı şəkildə yenidən qurulan Xaçmazın Qadaşoba kəndinin yolu istifadəyə verilib. Yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 min 500-ə yaxın əhalinin Gəndob-Yalama avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Qadaşoba yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Vətəndaşların müraciətlərinə əsasən3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub.

Aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Yolun alt hissəsindən suların ötürülməsi üçün 21 yerdə suötürücü boru qoyulub.