Quba “ASAN Həyat” Kompleksində bayram yarmarkası açılıb- Video

04 2019 16:17

“Yeni ilin ASAN Həyat Yarmarkası” adlanan aksiya çərçivəsində müxtəlif yerli şirkətlərin məhsullarının satışı həyata keçirilir. Həmçinin ABAD-çıların əl işləri də sərgilənir. “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Vətəndaşlar operativ və nümunəvi xidmətlərlə bərabər, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edir.

“ASAN Həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına yönələn müxtəlif həlləri əhatə edir.

Kompleksdə bayram yarmarkalarının təşkili ənənəvi xarakter daşıyacaq.