Üzümçülük təsərrüfatlarında qış budamasına başlanılıb- Video

04 2019 16:40

Şabranın üzüm bağlarında quru budamaya start verilib. Rayonun Ağbaş kəndindəki fərdi təsərrüfatda meyvənin , “Kabarne” ,“Ağadayı” ,  “Muskat” , “Mədrəsə” kimi növləri yetişdirilir. Təsərrüfatda aparılan  budama işləri 3 ay ərzində yekunlaşacaq.

Üzüm bağlarında budama ildə iki dəfə payızın sonunda və aprel may aylarında aparılır. Təsərrüfatçılar bildirir ki, bol məhsul əldə etmək üçün budama vacib amillərdəndir.  

Ötən il 10 hektar ərazidə “Mədrəsə” növündən olan üzüm bağı salınıb.