Qubada turistlərin ən çox üz tutduğu məkan- Qəçrəş meşəsi- Video

05 2019 15:54

Qubaya gələn turistlər ziyarət etdikləri yerlərin arasında Qəçrəş kəndinin xüsusi payı var. Rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşən kənd aparan yol  meşə zolağından keçir. Elə kəndi bütün Azərbaycanda məşhur edən də bu meşə sahəsidir.  Hər tərəfdən meşə ilə örtülən Qəçrəş kəndində  çoxlu sayda təbii bulaq var. Təbiət mənzərələri və  istirahət mərkəzləri ilə diqqət çəkən Qəçrəş ilin bütün fəsillərində çoxsaylı turist qəbul edir.

Qəçrəşə turistlər daha çox həftə sonları və bayram günlərində üz tutur. Bu istirahət zonasında kənd evlərində və koteclərdə 1 gün üçün  qiymət konfortundan və yerləşdiyi yerdən aslı olaraq 20-100 manat arasında dəyişir. Hazırda Qubada 6 istiqamət: Quba-Afurca, Quba-Xınalıq, Quba-Xanəgah, Quba-Ləzə, Quba-Alıc  və  Quba-Tüləkəran üzrə turizm marşurutları mövcuddur. Qəçrəş kəndi Quba Xınalıq turizm marşurutuna daxildir.