Keyfiyyətsiz avtombil hissələri qəza riskini artırır- Video

05 2019 16:06

Əksər sürücülər avtomobil ehtiyyat hissələrinin baha olması səbəbindən detalları keyfiyyətsiz məhsullarla əvəz edir. Ustalar isə sürücülərə xəbərdarlıq edir: ucuz ehtiyyat hissələri sizi ikiqat ziyana salmaqla yanaşı qəzaya səbəb ola bilər.

Keyfiyyətli  məhsulların qiyməti   sürücülər  üçün əlçatan deyil. Bu səbəbdən sükan sahiblərim əksər hallarda ucuz ehtiyyat hissələri alır.

 

Orijinal olmayan ehtiyat hissələrinin tez sıradan çıxması sürücü ilə usta arasında anlaşılmazlığa da səbəb olur. Sürücü ikiqat xərc çəkirsə, usta keyfiyyətsiz məhsula görə eyni işi bir neçə dəfə görməli olur. Satıcılar da maşının detallarının keyfiyyətinə önəm verməyi tövsiyyə edir. Qiyməti aşağı olan avadanlıqlar tez sıradan çıxması sükan sahiblərini növbəti dəfə xərcə salır. Avtomobilə ehtiyyat hissəsələri aldıqda usta ilə məsləhətləşmək və ya zəmanətli detal almaq məsləhət görülür.