Quba-Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır- Video

07 2019 16:54

68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun ümumi uzunluğu 46 kilometrdir. Artıq  yolun 40 km-ə yaxın  hissəsinə asfalt örtüyü döşənib. Hazırda tikinti işləri yolun Qonaqkənd kəndi yaxınlığındakı son 6,5 kilometrlik hissəsində həyata keçirilir. İki hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir.

Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə isə yeni su boruları tikilir. Yolun yenidən qurulması əhalinin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Qubanın bir neçə turizm məkanlarından keçən yol bu sahənin inkişafına səbəb olacaq.