Turistlərə kirayə verilən evlərə dəyən zərəri kim ödəməlidir?- Video

08 2019 16:18

Son illər ölkədə turizmin inkişaf etməsi bölgələrə gələn turistlərin sayınıda xeyli artırıb. Gələn qonaqlar hotellərlə yanaşı evlərdə istirahət etməyədə üstünlük verirlər. Lakin çox hallarda evi kirayə verən şəxslə kirayəşin arasında mübahisəli məsələlərdə yaşanır. Məsələn,  kirayəşin hər hansı bir əşyaya ziyan vurursa ortalıqda heç bir rəsmi sənədin olmadığından ev sahibi hər hansı bir məbləğdə tələb edə bilmir.
Evlərini kirayə verən sahibkarlar daha çox xarici turistlərlə problem yaşadıqlarını deyirlər. Sosial şəbəkələrdə mütamadi paylaşılan videolar da xarici turistlərin evlərə necə qənim kəsildiyini aydın göstərir.

Ekspertlər ev turizmində xarici təcrübənin tətbiqini vacib hesab edirlər. Hüquqşünaslar isə hər iki tərəf arasında müqavilə imzalanarsa problemin həll edilə biləcəyini deyirlər. 
Mütəxəssislər evləri kirayə verərkən kirayənişinin şəxsiyyətini təsdiq edən sənədi yoxlamağın vacib olduğunu deyir. Əks təqdirdə evdə əşyaların sındırılması bir yana, oğurluq halları ilə üzləşmək mümkündür.