Foto çıxarmaq ənənəsi unudulur- Video

08 2019 16:31

Bir neçə il öncə bir fotostudiyada gün ərzində 500-1000 şəkil  çıxartılırdısa hazırda bu rəqəm 50-100 arasındadır.  Elə yerli sakinlər də foto çıxarma ənənəsinin azaldığını bildirir.

Hər kəsin telefonunda yüzlərlə foto olsa insanalar şəkilləri çıxarmaqda maraqlı deyil. Vaxt ötdükdə mobil cihazların yaddaşındakı şəkil albomlarının həcmi də böyüyür.  Mütəxəsislər çıxarılan  fotonun telefondakından  daha effektiv olduğunu bildirir. Bundan başqa mobil cihazlar itə, yaxud  saxlanılan şəkillər silinə bilər. Lakin çıxarılan fotolarda bu risk azdır.

Əvəllər çəkilən fotolor mütləq çıxarılır və xatirə kimi saxlanılırdı. Hazırda xatirə şəkillərini  müxtəlif mövzulu fotosesiyalar əvəz edir. Çəkilən fotolor adətən sosial şəbəkələrdə paylaşılır.

Hazırda albomlar toylarda və ya xüsusi günlərdə sifariş edilərək hazırlanılır. Şəkil çıxarılması üçün isə daha çox məktəblilər və yaşlı nəslin nümayəndələri müraciət edir.