Siyəzəndə yeni dərs ilində 8 təmayül sinif yaradılıb- Video

09 2019 17:08
Mikayıl Müşfiq adına Siyəzən  şəhər 2 saylı tam orta məktəbdə 3 istiqamət: texniki-təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər üzrə  6 təmayül sinif yaradılıb. Təmayülün istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili və tarixi , ədəbiyyat, xarici dil, riyaziyyat, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı dərs yükü azaldılmaq şərti ilə fənnləri saxlanılır.
Təmayül siniflərə qiymətləri yüksək olan şagirdlər qəbul edilir. Məktəblilərin seçdiyi istiqamət üzrə dərs saatları 2 dəfə  artırılır, əlavə fənlər tədrisdən çıxarılır.
Hazırda Siyəzəndə 15 müxtəlif istiqamətli təmayül sinif yaradılıb. Əsas üstünlük texniki-təbiət istiqamətli  siniflərədir.
Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin seçiminə uyğun təşkil edildiyi üçün təlimə marağı artırır. Məktəblilər seçdiyi ixtisas üzrə dərs yükü ilə təmin olunduğundan ali tədris ocaqlarına hazırlığı asanlaşır.