Xaçmazda 10 hektar sahədə çirkab təmizləyici qurğu tikilir- Video

09 2019 17:16

Sutkalıq məhsuldarlığı 70 min kubmetr olan çirkab təmizləyici qurğu Xaçmazın Gülalan kəndi ərazisində inşa edilir. Bu qurğuda Xaçmazla yanaşı Quba və Qusar şəhərlərinin də tullantı suları təmizlənərək Qudyalçay vasitəsi ilə Xəzərə axıdılacaq.

Çirkab təmizləyici qurğu 10 hektar ərazidə inşa ediləcək. Hazırda qurğunun tikintisi üçün son hazırlıq işləri görülür. Ümumilikdə 2800 metr məsafədə ötürücü borular və 11 baxış quyusu hazır vəziyyətə gətirilib.

Çirkab təmizləyici qurğunun inşasına bir ay sonra  başlanacaq. Tikinti işləri iki mərhələdən ibarət olacaq. Görülən işlər sayəsində Xaçmazla yanaşı, Quba və Qusar şəhərlərindəki çirkab suları da emal üçün  təmizləyici qurğuya ötürüləcək.

Çirkab təmizləyici qurğunun tam  istifadəyə  verilməsi 3 ilə mümkün olacaq.