Qubada ticarət mərkəzi yanıb- Video

10 2019 14:48

Quba şəhərində yerləşən ticarət mərkəzində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində mərkəzdəki dörd satış məntəqəsi içərisindəki mallarla birlikdə yanıb, ətrafdakı bir neçə mağazaya isə ciddi ziyan dəyib. Yanan mallar əsasən geyimlər və texniki avadanlıqdır.
Yanğın hadisə yerinə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.