Azyaşlılarda nitq ləngimələrinə çox rast gəlinir- Video

11 2019 15:35

Son vaxtlar azyaşlılarda nitq ləngimələri, danışıq pozulmaları ilə müvafiq mərkəzlərə müraciət edən valideynlərin sayı artıb. Əsas səbəb uşaqların ailə üzvlərindən daha çox televizor, telefon və kompüterlərlə  vaxt keçirməsidir. Mütəxəsislər bildirir ki, əgər uşaq 2 yaşında danışmağa çətinlik çəkirsə,   valideyinlər narahat olmağa başlamalıdır. Nitqi düzgün inkişaf etmiş uşaq 1 yaşında 5-10,  2 yaşında isə 250-300 söz bilməlidir.

Azyaşlılarda nitq pozuntuları aqressivlik, qavrayışın ləngiməsi, təfəkkürün geriliyi və bu kimi digər psixoloji narahatlıqlara gətirib çıxarır.

Azyaşlıların nitq qüsurlarının əsas səbəblərindən biri də valideynlərin övladları ilə uşaq dilində ünsiyyət qurmasıdır. Bu zaman uşaqlar  “r” və “l” hərfinin əvəzinə,  “y” və “v” hərflərindən istifadə edir. Bundan başqa əqli gerilik, eşitmə qüsurları, autizim, uşaq serebral iflici kimi xəstəliklər də nitq ləngiməlirənə səbəb olur.

Nitq ləngimələrinin və danışıq pozulmalarının digər səbəbi də  hamiləlik dövründə olan infeksiyalar, doğuş zamanı travmalar həmçinin qorxu və həyəcan da ola bilər. Hər bir halda öncə peşəkar loqoped və psixoloqla məsləhətləşmək mütləqdir.