Xaçmazın əkin sahələrində zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır- Video

11 2019 15:40

Siçanabənzər gəmiricilər taxılçılıqda ciddi zərərvericilərdən hesab olunur. Buna görə də ötən ildən Xaçmazın əkin sahələrində mütəxəssisləri tərəfindən müşahidələr aparılır, fermerlərlə və fiziki şəxslərlə birgə operativ mübarizə tədbirləri görülür.

Zərərvericilər, daha çox dəmyə əkin sahələrində müşahidə edilir. Ötən müddət ərzində 2 min hektardan çox ərazidə kimyəvi və mexaniki mübarizə tədbirləri həyata keçirilib.

Taxılçılıqla məşğul olan fermerlərin və fiziki şəxslərin dərmanın hazırlanması və verilməsi ilə əlaqədar təlimatlandırılması da diqqət mərkəzindədir.

Bu il Xaçmaz  rayonunda 25 min 40 hektar sahədə taxıl əkilib. Bu da ötən illə müqayisədə 1000 hektar çoxdur.